Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyi münasibətilə tibbi aksiya təşkil olunub
30.05.2025 09:29

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetin Tibb Fakültəsinin 25 illik yubileyinə həsr olunmuş tibbi aksiya keçirilib.

 

Bu məlumat Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.

 

Bildirilib ki, aksiya Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində və Naxçıvan Sağlamlıq Mərkəzində təşkil olunub. Tədbir çərçivəsində Türkiyə Respublikasından və Bakı şəhərindən dəvət olunmuş ixtisaslı mütəxəssis həkimlər tərəfindən müxtəlif tibbi sahələr üzrə vətəndaşların müayinələri aparılıb, ilkin diaqnostik qiymətləndirmələr həyata keçirilib.

 

Tibbi aksiyanın keçirilməsində məqsəd əhaliyə peşəkar tibbi xidmətlərin göstərilməsi, profilaktik sağlamlıq müayinələrinin təşviqi və beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi olub.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar