Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası təşkil olunub  
29.05.2025 09:18

Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutub.

 

ƏSF-dən Aztibb.az-a bildirilib ki, aksiyada könüllü donor kimi fondun və ləğv prosesində olan bankların 100-dən çox əməkdaşı iştirak edib.

 

Fond tərəfindən həyata keçirilən sayca üçüncü qanvermə aksiyasının əsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus da uşaqlara könüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

 

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordan qanın ümumi analizini götürüb, ardınca isə digər tibbi müayinələri keçirib.

 

Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Hər il qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan qan çatışmazlığından həyatını itirir və ya sağlamlıq durumu kəskin şəkildə pisləşir. Bunu nəzərə alaraq kütləvi qanvermə aksiyalarının keçirilməsi sözügedən insanların xilas edilməsi baxımından cəmiyyət üçün başlıca məna kəsb edir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar