Əhvalınızdakı dəyişikliyin səbəbi genlər ola bilər - ARAŞDIRMA
15.11.2020 14:26

Bəzi insanlar bardağın dolu tərəfinə baxarkən, digərləri onun yalnız boş tərəfini görür. Elm adamları bunun genetik səbəblərinin olduğunu iddia edir.

 

Aztibb.az xarici KV-lərə istinadən xəbər verir ki, ingilis elm adamlarının araşdırması hadisələrə baxış və yanaşma tərzlərimizin xoşbəxtlik hormonuyla bağlı olduğunu üzə çıxarıb.

 

Belə ki, hadisələrin müsbət tərəflərini görən və müsbət davranışlara sahib olan insanlarda araşdırma aparılıb. Onların genetik quruluşunun bədənlərindəki serotonin səviyyəsinə təsir etdiyini ortaya çıxarıb.

 

Bu araşdırmaya görə, xoşbəxtlik və bədbəxtliyi əslində, genetik faktor hesab etmək olar. “Essex” Universitetinin professoru Eleyn Foks və komandasının apardıqları araşdırmada 100 nəfər könüllü iştirak edib. Təcrübəyə əsasən, onlara insanda müsbət və mənfi hisslər yarada biləcək fotolar göstərilib. Eyni zamanda, iştirakçıların hər birinin DNT nümunələri də götürülüb və onların cavabları ilə qarşılaşdırılıb.

 

Nəticədə, “5 HTTLPR” genetik kodlarının xoşbəxtlik hormonu olaraq bilinən serotonin səviyyəsinə təsir etdiyi məlum olub. Professor E.Foks və komandasının çalışmalarına görə, genin bir qısa və bir uzun versiyası var. Bu qısa versiyaya sahib olan iştirakçıların göstərilən şəkillər arasında müsbət təsvirlərə daha çox fokuslandıqları müşahidə olunub.

 

Bu təcrübəyə əsasən, “5 HTTLPR” geninin qısa versiyasına sahib olan insanların daha asan xoşbəxt ola bildiyi iddia olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib