Cəzaçəkmə müəssisəsində İİV-in erkən aşkarlanması üçün müayinələr aparılıb
23.05.2025 16:40

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə birgə Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində İİV-ə görə maarifləndirmə və müayinə tədbiri keçiriblər.

 

RQMM-dən Aztibb.az-a verilən məlumata görə, cəzaçəkmə müəssisəsində məhbuslara İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ətraflı məlumat verilib, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırılıb.

 

Məhkumlar İİV infeksiyası ilə bağlı aparılan profilaktik
tədbirlərlə məlumatlandırılıb, onlara virusa görə tədbirli olmaları, yoluxanların müalicəsinin müvafiq qaydada təşkili, davamlı müalicənin əhəmiyyətinə aid tövsiyyələr verilib.

 

Tədbirdə məhbuslara İİV, Hepatit B, C və sifilisə ekspres-testdən keçmək imkanı yaradılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub