Körpənin həyatı uğurlu multidisiplinar müalicə nəticəsində xilas edildi
23.05.2025 16:12

Yeni Klinikanın Uşaq reanimasiya və intensiv terapiya (PİCU) komandası ağır vəziyyətdə daxil olan körpənin həyatını xilas edib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, pnevmoniya, tənəffüs çatışmazlığı, epileptik status, psixomotor inkişaf geriliyi ilə ağır vəziyyətdə tibb müəssisəsinı daxil olan 1 yaş 7 aylıq körpənin dərhal Uşaq reanimasiya və intensiv terapiya şöbəsində müalicəsinə başlanılıb.

 

Müayinə zamanı döş qəfəsinin rentgenoqrammasında hər iki ağciyərdə geniş yayılmış pnevmoniya ocaqları və leykosit sayı 145 10^3/ul müşahidə olunub. Körpəyə dərhal yüksək axınlı nazal kanyul oksigen terapiyası, antibiotikoterapiya və antiepileptik müalicə başlanılıb.

 

Müalicə prosesi Uşaq reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Nərmin Əkbərova, şöbə müdiri Nərmin Qiyasbəyli, reanimasiya kollektivi, metabolizma üzrə mütəxəssis Ləman Əlirzayeva və uşaq nevroloqu Ceren Bubinoğlu Amirov tərəfindən koordinasiyalı şəkildə aparılıb.

 

İcbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tətbiq olunan kompleks və multidisiplinar müalicə nəticəsində pasiyentin vəziyyətində mərhələli şəkildə müsbət dəyişikliklər əldə olunub.

 

Pasiyent ümumilikdə 22 gün reanimasiya şöbəsində, daha sonra 4 gün stasionar şəraitdə müalicə edilib. Hal-hazırda sağlamlıq durumu stabildir və ambulator müalicə üçün evə buraxılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib