Şirvanda üzüm təngindən yıxılaraq ağır xəsarətlər alan pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri tərəfindən əməliyyat olunub
23.05.2025 14:49

Şirvan şəhərində üzüm təngindən yıxılma zamanı ağır xəsarətlər alan 1970-ci il təvəllüdlü kişi cinsli pasiyent Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin baxışdan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahları Rövşən Bağırov, Etibar İdrisov və həkim-rezident Şəhriyar Səlimli konsilium üçün Şirvana dəvət olunub.

 

Bu barədə Aztibb.az-a Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

 

Bildirilib ki, açıq kəllə-beyin travması, sağ təpə sümüyünün hərəkət zonasına nüfuz edən basılmış qəlpəli sınığı diaqnozu ilə Op. Dr. Rövşən Bağırov və Ass. Dr. Etibar İdrisov, Ass. Dr. Şəhriyar Səlimli tərəfindən onun üzərində təcili cərrahi əməliyyat icra olunub.

 

Hazırda pasiyentin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir, huşu aydındır, hərəkətləri tam bərpa olunub və nevroloji defisit müşahidə edilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib