ÜST-nin missiyası peyvənd təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda səfərdədir
20.05.2025 12:07

ÜST-nin missiyası ölkədə peyvənd təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsinə dəstək göstərmək məqsədilə Azərbaycanda səfərdədir.

 

Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən xəbər verilib.

 

Bildirilib ki, 19–23 may 2025-ci il tarixlərini əhatə edən missiya çərçivəsində immunizasiyadan sonra arzuolunmaz halların vaxtında aşkarlanması, səbəb-nəticə əlaqələrinin qiymətləndirilməsi və düzgün araşdırılması, məlumatların şəffaf və aydın şəkildə tibb işçilərinə və ictimaiyyətə çatdırılması məsələləri müzakirə olunacaq.

 

Peyvəndlər nadir hallarda arzuolunmaz hallara səbəb olsa da, yayılan yanlış və gecikmiş məlumatlar cəmiyyətdə narahatlıq doğura bilər. Bu səbəbdən təhlükəsizliyə nəzarət sistemlərinin gücləndirilməsi, ictimai inamın qorunması və daha geniş əhali qruplarının peyvəndlərlə əhatə olunması baxımından vacibdir.

 

Bu missiya "Qlobal Peyvənd Təhlükəsizliyi Fəaliyyət Planı və İmmunlaşdırma Gündəliyi - 2030" kimi dayanıqlı peyvənd sistemlərinin yaradılmasını hədəfləyən beynəlxalq təşəbbüslərə uyğun olaraq həyata keçirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub