Rusiyada sağlamlıq vəziyyətinin distant monitorinqi sistemi təqdim edilib
24.07.2020 19:41

Rusiyanın mobil operatoru "MegaFon" şirkəti dövlət və özəl tibb müəssisələrinin xəstələrə onların sağlamlığını izləmək üçün yeni xidmət təqdim etməsinə imkan verən həll təqdim edib. Bu xidmət klinikanı ziyarət etmədən sağlamlığı izləməyə və vəziyyət pisləşdiyi təqdirdə vaxtında həkimə müraciət etməyə imkan verəcək.

 

Aztibb.az remedium.ru resursuna istinadla xəbər verir ki, SİM kartlarla təchiz edilmiş tibbi qurğular, sağlamlıq göstəricilərini (məsələn, arterial təzyiqi, qanda şəkərin səviyyəsini) ölçdükdən sonra bu məlumatları avtomatik olaraq "MegaFon Buludu"na ötürür və burada tibbi əşyalar interneti platformasında toplanır. Şəxsi məlumatlar yalnız həkim tərəfindən qərarlar interfeysində görülür. Xəstənin hədəf və cari göstəriciləri, eləcə də digər müalicə həkimlərinin adları göstərilir. Burada, həmçinin onlarla görüş təyin etmək mümkündür.

 

Distant monitorinq sistemi xroniki xəstəlikləri olan, o cümlədən əməliyyat keçirmiş pasiyentlər və yaşlılar arasında daha tələb olunandır. "MegaFon" platforması həkimə xəstənin göstəricilərinə daimi giriş imkanı verir. Məlumatlar əsasında tez bir zamanda dərman terapiyasını tənzimləmək, əməliyyatdan sonrakı ağırlaşmaları təyin etmək, mənfi bir tendensiya müşahidə edilərsə görüş təyin etmək, xəstə üçün təcili yardım çağırmaq mümkündür.

 

“Xəstə ölçmə aparmağı unudarsa, xidmət ona xatırlatma SMS-i göndərəcək”, – deyə "MegaFon"un Korporativ biznesin marketinqi üzrə direktoru Pavel Zaxarov bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır