Vitaminlərlə zəngin məhsullar respirator xəstəliklərdən qoruyur - Həkim terapevtdən məsləhətlər 
15.11.2020 10:24

İmmuniteti zəif olanların respirator xəstəliklərinə yoluxma ehtimalı daha çox olur.

 

Aztibb.az xəbər verir ki, bunu Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Havaların soyuq keçməsi yuxarı tənəffüs yollarının respirator xəstəlikləri - qrip, virus və bakterial infeksiyaların baş qaldırdığı və artdığı dövrdür. Həmin xəstəliklərin baş qaldırması orqanizmdə immun sistemini zəiflədir və bu zaman bütün infeksiyalar üçün münbit şərait yaranır”.

 

Həkimlər yoluxma ehtimalını azaltmaq üçün yayın axırlarından başlayaraq qidalanmaya xüsusi diqqət yetirməyi məsləhət görürlər. A, B, C, və E vitaminləri ilə zəngin məhsullara üstünlük vermək tövsiyə olunur. Cəfəri, bibər, soğan, sarımsaq, kərəviz və brokolidən istifadə etmək çox faydalıdır. Çoxlu maye qəbul edilməsi də immuniteti gücləndirir.

 

“İmmunitetin güclü olması üçün hər gün səhər, günorta və axşam yeməkləri vaxtlı-vaxtında yemək və 8 saat yatmaq lazımdır. Meyvə-tərəvəz çoxlu miqdarda qəbul edilməli, stresdən uzaq olmağa, idmanla məşğul olmağa çalışmaq lazımdır. Böyrəklər normal işləyirsə və arterial təzyiq problemi yoxdursa, gün ərzində 2 litrə qədər su içilməlidir”, - deyə həkim-terapevt bildirib.

 

Meyvələr yeməkdən 1 saat əvvəl və ya sonra qəbul edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib