Yeni Klinikada beynəlxalq ekspertlərlə kəllə-beyin travmaları üzrə multidisiplinar təcrübə müzakirə olunub
14.05.2025 15:05

Yeni Klinikada beynəlxalq ekspertlərin iştirakı ilə “Travmatik beyin zədələri: həyat qurtaran zəncir, travmadan bərpaya keçid” adlı elmi-praktik seminar keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilin ki, travmatik kəllə-beyin və onurğa beyin zədələrinin diaqnostikası və müalicəsində müasir, multidisiplinar yanaşmaların tətbiqi, beynəlxalq təcrübənin paylaşılması və bu sahədə peşəkar əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunan tədbir iki əsas hissədən ibarət olub. Tədbirin birinci hissəsində beynəlxalq səviyyəli mütəxəssislərlə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Ardınca keçirilən seminar zamanı isə travmatik zədələrin diaqnostikası və müalicəsində ən son yanaşmalar, eləcə də beynəlxalq təcrübələr iştirakçılara təqdim edilib.

 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov, Azərbaycan Neyrocərrahlar Cəmiyyətinin sədri Rövşən Xəlilzadə və Yeni Klinikanın həkim-nevroloqu Könül Əhmədova iştirak edib.

 

Tədbirin beynəlxalq qonaqları Avropanın ən böyük müəssisələrindən biri olan “AKH” Vyana Mərkəzi Xəstəxanasının Neyrocərrahiyyə şöbəsinin professoru Kristian Matula, “Ever Pharma” şirkətinin tibbi işlər üzrə rəhbəri Aksel Kolmets, “Godeshöhe” Nevroloji Reabilitasiya Mərkəzinin Neyroreabilitasiya, psixiatriya, psixoterapiya və psixosomatika şöbəsinin rəhbəri Katrin Rauen, həmçinin İnsbruk Tibb Universitetinin Nevrologiya departamentinin baş tədqiqatçısı Peter Lakner olub.

 

P.Əkbərov çıxışında STROK və neyrotravma mərkəzlərinin yaradılması prosesində düzgün strategiyanın seçilməsi, beynəlxalq təcrübənin dərindən öyrənilməsi və kliniki protokolların tətbiqinin əhəmiyyətli olduğunu vurğulayıb. O, professor Kristian Matulanın zəngin təcrübəsinin yerli mütəxəssislərlə paylaşılmasının bilik və bacarıqların artırılmasına ciddi töhfə verəcəyini qeyd edib. Yaradılacaq mərkəzin fəaliyyətinin beynəlxalq standartlara əsaslanacağı və innovativ müalicə metodlarının tətbiqinin ölkəmizdə nevrologiya və neyrocərrahiyyə sahələrinin inkişafına mühüm töhfə verəcəyini deyən P. Əkbərov TƏBİB-in bu istiqamətdə beynəlxalq əməkdaşlığa, ortaq elmi tədqiqatlara və qabaqcıl təcrübənin ölkəmizə transferinə böyük önəm verdiyini bildirib.

 

“Ever Pharma” şirkətinin tibbi işlər üzrə rəhbəri Aksel Kolmets isə neyrotravmaların müalicəsində mövcud boşluqların müəyyən edilməsi və bu sahədə düzgün strategiyaların hazırlanmasının vacibliyinə diqqət çəkərək, seminarın bu baxımdan səmərəli olacağına inandığını qeyd edib.

 

Vyana Tibb Universitetinin Neyrocərrahiyyə şöbəsinin professoru, tanınmış neyrocərrah Kristian Matula “Neyrotravmanın multidisiplinar müalicəsinin əhəmiyyəti – neyrocərrahın baxışı” təqdimatı ilə çıxış edərək neyrotravmaların müalicəsində multidisiplinar yanaşmanın önəmini vurğulayıb, müvafiq mərkəzlərin yaradılmasının travma sonrası sağalma prosesinə mühüm təsir göstərdiyini bildirib.

 

Daha sonra Rövşən Xəlilzadə “Azərbaycanda travmatik beyin zədələrinin (TBZ) müalicəsinin mövcud vəziyyətinin təhlili”, Peter Lakner “Multidisiplinar neyrotravma müalicəsinin əhəmiyyəti – neyrokritik baxış bucağı” və Katrin Rauen “Multidisiplinar neyrotravma müalicəsinin əhəmiyyəti – neyroreabilitasiya və neyropsixiatriyanın baxışı" mövzularında çıxış ediblər.

 

Seminarın ikinci hissəsində P. Əkbərov Azərbaycanda travmatik beyin zədələrinin müalicəsinin mövcud vəziyyətini təhlil edərək, TBZ-nin müalicə sahəsindəki aktual problemlərə, Peter Lakner isə TBZ-nin reanimasiya və nevroloji aspektlərinə toxunub. Kristian Matula və Katrin Rauen neyrotravma sahəsində interaktiv klinik müzakirələri təqdim edərək iştirakçıları ən yeni klinik təcrübələrlə tanış ediblər.

 

Tədbirdə müxtəlif tibb müəssisələrindən olan həkim-mütəxəssislər də iştirak edərək, neyrotravmanın müxtəlif mərhələlərində effektiv müalicə üsulları ətrafında fikir mübadiləsi aparıblar.

 

Xatırladaq ki, cari ildə reabilitasiya xidmətlərinin inkişafı sahəsində əməkdaşlığın qurulması, təcrübə proqramlarının təşkili, Azərbaycan-Avstriya səhiyyə sistemləri arasında perspektivlərin müzakirəsi məqsədilə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri həyata keçirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib