Miqrenin erkən simptomlarına qarşı effektli dərman aşkarlanıb   
14.05.2025 12:25

“Nature Medicine” jurnalında dərc olunmuş yeni bir faza III klinik tədqiqatın nəticələrinə görə, miqren müalicəsində istifadə olunan “Ubrogepant” adlı dərman yalnız baş ağrısının özünü deyil, eyni zamanda, baş ağrısından əvvəlki mərhələdə (prodromal və ya aura fazası) müşahidə olunan simptomları da əhəmiyyətli dərəcədə azalda bilər.

 

Aztibb.az www.technologynetworks.com portalına istinadla xəbər verir ki, bu tapıntı “Ubrogepant”ın miqrenin erkən xəbərdarlıq əlamətləri üçün təsdiqlənmiş ilk kəskin müalicə vasitəsi ola biləcəyini göstərir. Miqrenin prodromal mərhələsində işığa və səsə həssaslıq, ürəkbulanma, boyun ağrısı və başgicəllənmə kimi simptomlar baş verə bilər ki, bunlar da gündəlik fəaliyyətə ciddi təsir göstərir. Bu mərhələnin simptomlarına qarşı effektiv müalicə metodları indiyə qədər geniş şəkildə tədqiq olunmayıb.

 

Tədqiqatda miqren diaqnozu qoyulmuş, ən azı bir illik miqren tarixçəsinə malik olan 438 nəfər iştirak edib. İştirakçılar ikiqat kor metodologiya ilə təsadüfi olaraq iki qrupa bölünüb və prodromal simptomlar müşahidə edildiyi anda ya 100 mq “ubrogepant”, ya da “plasebo” qəbul ediblər. Sonra iştirakçılar ikinci prodromal epizod zamanı əks müalicəni qəbul ediblər.

 

Nəticələr göstərib ki, “Ubrogepant” qəbul edən iştirakçılar müalicədən bir saat sonra konsentrasiya qabiliyyətində yaxşılaşma, iki saat sonra işığa qarşı həssaslıqda azalma, üç saat sonra isə yorğunluq və boyun ağrısında əhəmiyyətli azalma bildiriblər. Bundan əlavə, başgicəllənmə və səsə həssaslıq kimi digər simptomlar da 4-24 saat ərzində azalıb. Bu nəticələr dərman vasitəsinin yalnız miqren baş ağrısının deyil, həm də prodromal simptomların idarə olunmasında təsirli olduğunu ortaya qoyur. Bununla belə, tədqiqatçılar dərmanın prodromal simptomlara təsirini daha dəqiq qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib