25 yaşlı qadın təcili tibbi yardımın köməyi ilə ev şəraitində doğuş edib
11.05.2025 16:23

08 may 2025-ci il tarixində saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.

 

Hadisə yerində Təcili tibbi yardım həkimi Günay Qazıyeva tərəfindən 34 həftəlik hamilə olan 25 yaşlı qadının vaxtından əvvəl başlayan doğuş prosesi peşəkar şəkildə həyata keçirilib. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında icra olunub, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

 

Təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuş oğlan uşağı zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.

 

Hazırda ananın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir. Çəkisi 2 kq. 500 qr., boyu 49 sm olan körpənin də müalicəsi davam etdirilir və vəziyyəti qənaətbəxşdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib