Şəmkir-Tovuz üzrə fəaliyyət göstərən Təcili Tibbi Yardım Stansiyalarının tibbi heyəti üçün təlimlərə start verilib
11.05.2025 12:58

Şəmkir-Tovuz bölgəsi üzrə fəaliyyət göstərən Təcili Tibbi Yardım stansiyalarında çalışan həkim və orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması, göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə genişmiqyaslı təlimlərə başlanılıb.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Aztibb.az-a bildirilib ki, Simulyasiya şöbəsinin müdiri Təranə İbadova, təlimçilər Arzu Qurbanova və Fikrət Şəfiyevin iştirakı ilə keçirilən təlimlərdə tibbi personal üçün “Təməl Həyat Dəstəyi”, həkimlər üçün isə əlavə olaraq “Təkmil və Təməl Həyat Dəstəyi” mövzuları üzrə nəzəri və praktiki məşğələlər təşkil edilib.

 

Təlimlərdən əvvəl və sonra tibb işçilərinin bilik səviyyəsi xüsusi test vasitəsilə qiymətləndirilib. Bu yanaşma sayəsində təlimlərin effektivliyi və iştirakçıların bilik artımı obyektiv şəkildə ölçülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib