Heydər Əliyevin 102 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
11.05.2025 10:38

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasının həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil olunub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, tibb müəssisəsinin rəhbərliyi və tibbi heyət iştirak edib. Aksiya çərçivəsində 200 ədəd müxtəlif növ ağac əkilərək yaşıllıq zonası genişləndirilib.

 

Qeyd edək ki, ümumilikdə STM-nin tabeliyində olan tibb müəssisələrində keçirilən ağacəkmə aksiyaları çərçivəsində 300-dən çox ağac və gül kolları əkilib.

 

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən aksiya yaşıllıq sahələrinin artırılması və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək məqsədi daşıyır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib