Nazirlikdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub  
06.05.2025 16:02

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş olub.

 

Bu barədə Aztibb.az-a Nazirlikdən xəbər verilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində son illər aparılan islahatlar barədə məlumat verib. Əlilliyin qiymətləndirilməsi sahəsində 2022-ci ilin iyul ayından mütərəqqi dünya təcrübəsi əsasında tətbiq olunan yeni meyarların önəmi qeyd edilib.

 

Reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi istiqamətində ÜST ilə əməkdaşlıq şəraitində atılan mühüm addımlar diqqətə çatdırılıb. Bildirilib ki, dövlət büdcəsi hesabına verilənreabilitasiya vasitələrinin siyahısına son illər yeni əlavə və dəyişikliklər edilib və siyahı yeni bir sıra reabilitasiya vasitələri növləri də daxil edilməklə əhəmiyyətli dərəcədə genişləndirilib.

 

Ölkəmizdə bərpa-müalicə müəssisələri şəbəkəsinin genişləndirilməsi və infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində əldə olunan nailiyyətlərdən bəhs olunub. Əlillik və reabilitasiya sahəsində tətbiq olunan rəqəmsal həllər, əlilliyi olan şəxslərə dair Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə informasiya sisteminin, əlilliyi olan şəxslərin reyestrinin yaradılaraq istifadəyə verildiyi diqqətə çatdırılıb.

 

Qeyd olunan sahələrdə islahatlar prosesində ÜST ilə davamlı əməkdaşlığın önəmi vurğulanıb. H.Harmancı səmərəli əməkdaşlıq əlaqələrinin uğurla davam etməsindən məmnunluğunu ifadə edib.

 

Görüşdə Nazirlik ilə ÜST arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub