Cinsi zəiflik bu xəstəliklərdən xəbər verir -  Əsas səbəblər
14.11.2020 12:40

Cinsi zəiflik baş verdikdə buna laqeyd qalmaq olmaz. Çünki cinsi zəiflik bir çox hallarda çox ağır bir xəstəliyin – məsələn, təzəcə başlamış bədxassəli şiş xəstəliyinin, qalxanabənzər vəzi xəstəliklərinin, adenomanın, şəkərli diabetin, vərəmin və s.  ilk əlaməti ola bilər. Statistikaya görə cinsi zəifliyi olan kişilərin  10 nəfərindən yalnız biri həkimə müraciət edir.

 

Cinsi əlaqənin baş verməsində təkcə cinsiyyət üzvləri deyil, beyin, ürək, damarlar, sinirlər, hormonlar, əzələlər və digər orqanlar iştirak edir. Bu sistem birlikdə fəaliyyət göstərərək cinsiyyət üzvünün qanla dolmasını təmin edir. Bu orqanların birinin və ya bir neçəsinin nasazlığı cinsi zəifliyə səbəb olur.

 

Belə ki, cinsi zəifliyin üzvi (bədənə aid) səbəbləri olduqca müxtəlifdir. Bu səbəbləri isə şərti olaraq birbaşa və dolayısı ilə təsir edən səbəblərə bölürlər.

 

Aztibb.az həmin səbəbləri təqdim edir:

 

Birbaşa səbəblər:

 

✔Prostat vəzi problemləri
✔2-ci tip Şəkərli Diabet
✔Hipoqonadizm (endokrinoloji – hormonal çatışmazlıqdır)
✔Yüksək qan təzyiqi – hiperenziya
✔Damar xəstəlikləri və zədələnmələri
✔Qanda xolesterinin yüksək olması
✔Yüksək sıxlıqlı protein çatışmazlığı
✔Xroniki yuxu pozulmaları
✔Dərmanlar (məsələn, qan təzyiqi dərmanları)
✔Sinir xəstəlikləri
✔Peyroni xəstəliyi (penisin zədələnməsi)
✔Priaprizm (penisin qeyri normal, ağrılı sərtləşməsi)
✔Depressiya
✔Alkoqolizm və narkomaniya
✔Seksual təcrübəsizlik və ya yanlış seksual metod
✔Cütlərarası münasibətin pis olması
✔Siqaretə həddindən ziyadə aludəlik
✔Parkinson xəstəliyi
✔Sirroz
✔Uretrit
✔Onurğa beyni zədələnməsi
✔Bədxassəli şişlər və s.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib