Sümükləri zəiflədən məhsullar
14.11.2020 11:38

Sümüklər bədənimizdəki ən güclü toxumadır.

 

Aztibb.az-ın məlumatına görə, bəzi məhsullar insan bədənindəki sümüklərin əriməsinə gətirib çıxarır.

 

Duz. Kalsium sümüyün əsas hissəsini təşkil edir. Kalsiumun 99%-i sümüklərdə və dişlərdə olur. Duzdan ibarət olan natrium kalsiumu qandan kənarlaşdırır və nəticədə kalsium böyrəklərdən sidiklə xaric olur. Qanda natriumum səviyyəsi yüksək olanda isə sümüklər parçalanmağa başlayır.

 

Bunun üçün yarımfabrikatlardan - dondurulmuş yeməklər, konservləşdirilmiş şorbalar, pizza və “fast food”dan imtina etmək lazımdır. Az duz yemək də əsas faktorlardan biridir. Onda kalsium sidiklə bədəndən xaric olmaz, yəni sümüklər möhkəm olacaq.

 

Alkoqol. Spirtli içki kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Alkoqol, sümük əmələ gətirən hüceyrələri (osteoblastlar – Red) sıradan çıxarır və bu səbəbdən sümük hüceyrələri məhv olur. Bütün bunlar tez-tez sınıqlara səbəb olur. Odur ki, spirtli içkidən imtina ən effektiv müalicədir.

 

Trans yağlar. Trans yağlar və ya hidrogenləşdirilmiş yağlar marqarində olur. Marqarin un məmulatlarının hazırlanmasında daha çox istifadə olunur. Trans yağlar isə souslarda, salatlarda və konservlərdə olur. Trans yağlar sümüklərimizi güclü edən “K” vitamininin sintezini bloklayır. Nəticədə sümüklər kövrək olur.

 

Bunun qarşısını almaq üçün məhsulun tərkibini diqqətlə oxuyun. Kaliumla zəngin göyərti, tərəvəz və meyvələrdən çox yeyin. Kalium kalsium itkisini dayandırır və qan turşuluğunu azaldır. Turşuluq nə qədər yüksəkdirsə, sümüklərdən o qədər az kalsium ayrılır. 30 yaşdan sonra osteoporoz riski artdıqda sümük sağlamlığınıza nəzarət etməyi unutmayın.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib