Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yeniliklərə dair müzakirələr aparılıb
24.04.2025 16:01
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Florence Healthcare İnternational Qrup, Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin birgə təşkilatçılığı, “Nəsil Qrup” MMC və “Ascent” MMC şirkətlərinin dəstəyi ilə “Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yeniliklər” mövzusunda ekspertlərin görüşü keçirilib.
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d. Ceyhun Məmmədov xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunun əhəmiyyətindən danışıb: “Bu, səhiyyə sistemlərinin dayanıqlığını təmin edən ən vacib məsələlərdən biridir. Təəssüf ki, statistikalar göstərir ki, hər 10 xəstədən biri xəstəxanadaxili infeksiyalara yoluxur. Bu göstərici xüsusilə orta və aşağı gəlirli ölkələrdə daha yüksəkdir və bu, bizi ciddi narahat etməlidir.
Qeyd etmək istərdim ki, xəstəxanadaxili infeksiyalar çox zaman antibiotiklərə davamlı mikroorqanizmlər tərəfindən törədilir. Hazırda dünyada 136 milyondan çox infeksiya növü antibiotiklərə qarşı davamlıdır. Bu, təkcə tibbi deyil, həm də iqtisadi və sosial cəhətdən böyük təhlükə yaradır. Halbuki sözügedən infeksiyaların qarşısının alınması mümkündür”.
Pandemiya dövründə Mərkəzi Gömrük Hospitalının COVID-19 xəstələrinə fasiləsiz tibbi xidmət göstərdiyini qeyd edən İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, tibbi avadanlıqların dezinfeksiyası, ətraf mühitin təmizliyinin qorunması və infeksiya nəzarətinin sistemli şəkildə aparılması, eləcə də laboratoriyaların verdiyi dəqiq diaqnostikalar və effektiv nəzarət tədbirləri xəstəxana daxilində yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov səhiyyə sahəsində qarşıya çıxan problemlərin təkcə elmi müstəvidə deyil, eyni zamanda praktiki müstəvidə də yanaşma tələb etdiyinə diqqət çəkib: “Tibbin əsas məqsədi insan həyatının qorunmasıdır və bu məqsədə nail olmaq üçün nəzəri biliklər mütləq şəkildə praktikada tətbiq olunmalıdır. Xəstəxanadaxili infeksiyalar məsələsi cəmiyyət üçün olduqca aktualdır. Xəstəxana daxilində infeksiyalara nəzarətin zəif olması, təəssüf ki, bəzən xəstə ölümləri ilə nəticələnə bilər. Halbuki biz sadəcə dezinfeksiya qaydalarına ciddi riayət etməklə bu cür faciələrin qarşısını ala bilərik.
Müasir səhiyyənin imkanları genişlənməkdədir. Artıq ən mürəkkəb cərrahi əməliyyatlar, ağır klinik halların idarə olunması ölkəmizin tibb müəssisələrində müvəffəqiyyətlə həyata keçirilir. Lakin unutmamalıyıq ki, tibbin yüksək texnoloji imkanları belə, əgər əsas gigiyenik və infeksiya nəzarəti qaydaları yerinə yetirilmirsə, istənilən nəticəni təmin edə bilməz”.
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova vurğulayıb ki, tədbirdə müzakirə edilən məsələlər yalnız nəzəri çərçivədə qalmamalı, real praktikada tətbiq olunmalıdır: “Çünki xəstəxanadaxili infeksiyaların qarşısını almaqla biz təkcə xəstələrin deyil, bütövlükdə cəmiyyətin sağlamlığını qoruyuruq. Bu səbəbdən, xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı məsələnin ciddiliyi, həm ictimaiyyətə, həm də tibb işçilərinə açıq və aydın şəkildə çatdırılmalıdır. Bu yalnız bir qrupun deyil, bütün cəmiyyətin sağlamlığını qoruyan yanaşmadır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva TƏBİB tərəfindən 2020-ci ildən etibarən xəstəxanalarda infeksiyona nəzarət komutələrinin yaradıldığına diqqət çəkib: “Hər il minlərlə insan sadə profilaktik tədbirlərə əməl edilmədiyi üçün xəstəxana şəraitində infeksiyalara yoluxur. Bu infeksiyalar bəzən ölüm, bəzən isə ciddi fəsadlarla nəticələnir. Ancaq qeyd etməliyik ki, bu, qarşısı alınması mümkün olan bir problemdir. Əsas gigiyena qaydalarına, sterilizasiya və dezinfeksiya prosedurlarına düzgün əməl etməklə, bu infeksiyaların böyük hissəsinin qarşısını almaq mümkündür. Bu, həm xəstələrin həyatını qoruyur, həm də səhiyyə sisteminə düşən əlavə yükü azaldır”.
Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, xəstəxanalarda infeksiyona nəzarətdə xüsusilə laboratoriyaların rolu önəmlidir: “Dəqiq və vaxtında diaqnostika infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Unutmayaq ki, xəstəxanadaxili infeksiyalara nəzarət tibb işçilərinin peşəkarlığı və məsuliyyəti ilə birbaşa bağlıdır. Hər bir səhiyyə əməkdaşı bu məsuliyyəti daşıyır və hər bir xəstə üçün təhlükəsiz mühit yaratmaq lazımdır”.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk “BİOMERİEX - xastaxanadaxili infeksiyalarla mübarizəni dəstəkləyən əhatəli bir həll yolu- müasir Türkiyə təcrübəsi”, Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova “Naməlum etiologiyalı infeksiyon prosesin gedişində molekulyar-genetik müayinələrin üstünlüyü”, İstanbul Florence Nightingale Xəstəxanasının infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanı Aslıhan Dəmirəl “Nazokomial virus infeksiyaları və onlarla müasir mübarizə”, Mərkəzi Gömrük Hospitalının İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyalara nəzarət təcrübəsi”, mövzularındada çıxışlar ediblər.
Sonda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev tədbirin önəmli töhfələr verəcəyinə əminliyini ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıb: “Bu zirvə görüşü yalnız bilik və təcrübə mübadiləsi baxımından deyil, eyni zamanda, xəstəxanadaxili infeksiyaların idarə olunması sahəsində sistemli yanaşmaların formalaşması üçün mühüm platformadır. Burada səsləndirilən fikirlər, elmi tədqiqatlar və praktiki təcrübələr səhiyyə işçiləri üçün yol xəritəsi rolunu oynaya bilər”.
Baş həkim Bəxtiyar Musayev bildirib ki, belə tədbirlərin davamlı keçirilməsi həm yerli, həm də beynəlxalq təcrübələrin paylaşılması baxımından olduqca vacibdir və nəticə etibarilə bu cür təşəbbüslər ölkəmizdə infeksiya nəzarət sistemlərinin təkmilləşdirilməsinə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və xəstələrin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək.
Sonda iştirakçılar tədbirin önəmli töhfələr verəcəyinə əminliklərini ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

