Qəbələdə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı keçirilib
17.04.2025 12:03

Qəbələ rayonunda “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyinin (AHPBCA) təşkilatçılığı ilə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı uğurla keçirilib.

 

Aztibb.az TƏBİB-ə istinadla bildirir ki, tədbirdə AHPBCA-nın sədri Eldar Əhmədov, İdarə Heyətinin üzvləri, ixtisaslaşmış həkim heyəti, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Konfrans çərçivəsində həkim-mütəxəssislər tərəfindən pankreasın kistik neoplaziyaları mövzusunda əhatəli təqdimatlar və elmi məruzələr təqdim olunub.

 

100-ə yaxın iştirakçının yer aldığı toplantı çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən laparoskopik xolesistektomiya əməliyyatı canlı yayımlanaraq iştirakçılara nümayiş etdirilib.

 

Ümumi cərrah Nihad Nəzərzadənin moderatorluğu ilə aparılan əməliyyat zamanı Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Fariz Abdullayev tərəfindən öd daşı xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində laparoskopik xolesistektomiya əməliyyatı uğurla icra olunub.

 

Qeyd edək ki, ixtisaslaşmış tibbi maarifləndirmə işlərinin gücləndirilməsi və ölkə səhiyyəsinin inkişafına dəstək məqsədilə “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyi tərəfindən bu kimi tədbirlərin ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub