ATU-nun kafedra müdiri beynəlxalq konqresdə çıxış edib  
17.04.2025 08:34

Türkiyənin Antalya şəhərində ağciyər xəstəlikləri üzrə beynəlxalq konqres keçirilib

 

Türkiyənin Ağciyər Sağlamlığı və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İngiltərə, Almaniya, Azərbaycan, İrlandiya, Hollandiya və İspaniyadan 1112 nəfər iştirak edib.

 

Bronxial astma, ağciyər vərəmi, interstisial ağciyər xəstəlikləri, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və digər ağciyər patologiyalarının diaqnostika və müalicəsinə müasir yanaşmalara həsr olunan bu konqresə Azərbaycandan ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov və kafedranın əməkdaşı Ceyhun İsmayılzadə qatılıb.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Qeyd olunub ki, R.Bayramov dəvətli məruzəçi qismində “Azərbaycanda vərəm: mövcud durum və hədəflər” mövzusunda çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Əməkdaşlarımız tədbir çərçivəsində Türkiyə və digər ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi və müzakirələr aparıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub