Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib  
09.04.2025 10:53

Türk Dövlətləri Təşkilatı (TDT) səhiyyə nazirlərinin V iclası çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə görüş keçirib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna diqqət və dəstəyi qeyd edilib.

 

Səhiyyə naziri Teymur Musayev ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas edilməsi üçün köməklik göstərən Qazaxıstan Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının əməkdaşlarına, həmçinin qardaş ölkənin vətəndaşlarına təşəkkürünü bildirib.

 

Ölkələrimiz arasındakı münasibətlərin ikitərəfli qaydada inkişafı ilə yanaşı, beynəlxalq platformalarda da uğurlu əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycanın səhiyyə naziri TDT çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərin Qazaxıstan tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını bildirib.

 

Sonra Qazaxıstan Prezidentinin köməkçisi Tamara Duysenova ilə görüş keçirilib. Görüşdə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında son illərdə müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb.

 

Tədbir çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev bir sıra ikitərəfli görüşlər keçirib. Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə keçirilən görüşdə tibb müəssisələrinin akkreditasiyası, fövqəladə vəziyyətlərdə təcili tibbi yardım, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri müzakirə olunub.

 

T.Musayev, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığını müsbət dəyərləndiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub