Qış üçün daha faydalı olan D vitaminli 5 sadə məhsul
13.11.2020 09:11

İmmunitet sistemi üçün həyati əhəmiyyət daşıyan D vitamini günəş şüası sayəsində əmələ gəlir. Qışda, günəş çatışmazlığı şəraitində tərkibi D vitamini ilə zəngin olan məhsulların qəbulu xüsusi əhəmiyyət kəsb edir.

 

Qarşıdakı qış aylarında tərkibində D vitamini olan məhsulların qəbulu, yəqin ki, daha zəruri olacaq. Alimlərin çoxu onu koronavirus infeksiyasına və kovidin ən ağır formasının inkişafına qarşı etibarlı qoruyucu sayır. D vitamininin bu xüsusiyyəti onun faydalı xüsusiyyətlərini genişləndirir. Məsələn, məlumdur ki, ilin ən soyuq və tutqun vaxtlarında D vitamininin kifayət etməsi mövsümi depressiyanın qarşısını alır, narahatlığı azaldır. Bundan əlavə, sümük və dişlərin sağlamlığı üçün zəruri olan kalsium və fosforun mənimsənməsinə müsbət təsir göstərir. D vitamininin digər bir faydalı xüsusiyyəti onun hüceyrələrin insulinə həssaslığını və mədəaltı vəzdəki beta hüceyrələrinin fəaliyyətini gücləndirərək ikinci növ diabetin inkişafından qoruya bilməsidir.

 

Mütəxəssislər gün işığının az olduğu qış aylarında rasiona orqanizmi bu vitaminlə təmin edən qida məhsullarını daxil etməyi məsləhət görürlər. “Well + Good” portalında bunlardan ən azı üçünün rasiona daxil edilməsini tövsiyə edərək beş sadə və əlverişli mənbənin adını açıqlayıb.

 

Sizi həmin məhsullarla tanış edirik:

 

Yumurta sarısı. Bir böyük yumurtanın sarısı D vitamininin birgünlük normasının təxminən 10 faizindən ibarətdir. Qışda daha çox ehtiyac duyduğunuz vitamin dozasını artırmaq üçün digər müvafiq inqrediyentləri də əlavə etməklə omlet hazırlamaq olar.

 

Qızılbalıq. Qızılbalıq növləri bu vitaminin çox zəngin qida mənbələrindən sayılır. 100 qram qızılbalıq D vitamininə olan birgünlük ehtiyacın 70 faizini təmin edə bilir.

 

Tunes. Tərkibi D vitamini ilə zəngin olan daha bir dəniz məhsulu tunes balığıdır. Bu balığın 120 qramı (hətta konservləşdirilmiş halda) orqanizmin vitaminlərə olan birgünlük ehtiyacının 34 faizini ödəyir.

 

Göbələklər. Ağ göbələklər (onların bir fincanı gündəlik normanın 46 faizini təşkil edir) D vitaminin çox səxavətli bitki mənbəyi sırasına daxildir. Bu baxımdan həmin sıraya daha əlçatan olan şampinyonları da əlavə etmək olar. Onlar, günəş işığı və ya kəsik süni işığın təsiri altında D qrupu vitaminlərini sintez etmək qabiliyyətinə malikdirlər.

 

Süd. Bir fincan 2 faizli süd D vitaminin birgünlük normasının 155 faizini təşkil edir. Qeyd edək ki, onu siz yumurta omleti ilə hazırladığınız səhər yeməyinə də əlavə edə bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib