Akademik İradə Hüseynovaya nüfuzlu “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatı təqdim edilib
04.04.2025 14:06

Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) tərəfindən nüfuzlu “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatına layiq görülən AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru akademik İradə Hüseynovaya mükafatı təqdim olunub.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib.

 

Akademiyanın Rəyasət Heyətində baş tutan təqdimolunma mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin kafedra müdiri professor Rəşad Qurbanov iştirak ediblər.

 

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu bir tədbirə Azərbaycan ev sahibliyi edərək konfransın təşkilati işlərini yüksək səviyyədə həyata keçirməklə qlobal iqlim gündəliyində aktiv rol oynadığını dünyaya nümayiş etdirdi. AMEA rəhbəri COP29 çərçivəsində qlobal istiləşmənin qarşısının alınması, yaşıl enerjiyə keçidin sürətləndirilməsi, Xəzər regionunun yaşıl enerji potensialının dünyaya tanıdılması, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin müzakirə edilməsinin dövlətimizin dünyanın gələcəyinə, ətraf mühitin və biomüxtəlifliyin qorunmasına göstərdiyi diqqətin əyani nümayişi olduğunu bildirib.

 

Akademik İsa Həbibbəyli 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Milli Elmlər Akademiyasında ətraf mühitin və biomüxtəlifliyin qorunmasına dair silsilə tədbirlərin baş tutduğunu, nəşrlərin işıq üzü gördüyünü, ekoloji maarifləndirmə işlərinin həyata keçirildiyini, təbiətə qarşı məsuliyyətli yanaşma hissinin aşılandığını vurğulayıb.

 

AMEA rəhbəri Akademiyada bu istiqamətdə həyata keçirilən işlərin mərkəzində AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, AR ETN Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru akademik İradə Hüseynovanın dayandığını, nüfuzlu “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatına layiq görülməsinin onun gərgin fəaliyyətinin nəticəsi olduğunu söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, bu mükafat Azərbaycan elminin, aliminin növbəti uğuru, dünya elmindəki nüfuzunun göstəricisidir.

 

Sonra Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin kafedra müdiri professor Rəşad Qurbanov alimin rəhbərlik etdiyi elmi-tədqiqat qrupu tərəfindən buğda bitkisində quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması istiqamətində gördüyü işlərə toxunub. Həmçinin akademik İradə Hüseynovanın elmin populyarlaşdırılması sahəsində mühüm fəaliyyəti ilə diqqəti çəkdiyini vurğulayıb.

 

Daha sonra akademik İradə Hüseynovanı təbrik edərək mükafatı təqdim edib.

 

Akademik İradə Hüseynova “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatına layiq görüldüyü üçün Rusiya Təbiət Elmləri Akademiyasının rəhbərliyinə və mükafatın təşkilat komitəsinə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, cari ilin fevral ayının 2-də mükafatın təşkilat komitəsinin sədri, Rusiya Təbiət Elmləri Akademiyasının I vitse-prezidenti və akademik-katibi, prof. İvanitskaya Lida Vladimirovnanın iştirakı ilə keçirilən onlayn təqdimetmə mərasimi baş tutub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə