Səhiyyə Nazirliyində “GE Healthcare” şirkətinin regional direktoru ilə görüş olub  
03.04.2025 16:43

Səhiyyə Nazirliyində ABŞ-ın “GE Healthcare” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti və icraçı direktoru Yelena Legezinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qonaqlarla görüşdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “GE Healthcare” şirkətinin dünyada tibbi avadanlıq və texnologiyaların aparıcı istehsalçılarından biri olduğunu qeyd edib: “Şirkətin dünyanın qabaqcıl xəstəxanalarının yüksəkkeyfiyyətli diaqnostik vizualizasiya avadanlığı, eyni zamanda, MRT və ultrasəs aparatları, müasir İT həlləri ilə təmin edilməsi sahəsində zəngin təcrübəsi mütəxəssislərə differensial diaqnostika zamanı dəqiq məlumat əldə etməyə imkan verir. Bundan əlavə, “GE Healthcare” texnologiyaları həkimlərin və tibb müəssisələrinin səmərəliliyini artırmağa və bir çox xəstəliklərin müalicəsinin dəqiq üsullarını seçməyə kömək edir”, - deyə nazir vurğulayıb. Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

“GE Healthcare” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti isə belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından vacibliyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, tibbi görüntüləmə və informasiya texnologiyaları sahəsində zəngin təcrübəsi ilə yanaşı, “GE Healthcare” şirkəti tədqiqat və innovasiyalara fəal sərmayə qoyur, eyni zamanda, aparıcı tibb müəssisələri və səhiyyə mütəxəssisləri ilə əməkdaşlıq edir. Bundan əlavə, ixtisaslaşmış mütəxəssis və ekspertlərə tibbi avadanlıqlarla işləmək vərdişlərinə yiyələnməsinə kömək göstərmək məqsədilə “GE Healthcare” şirkəti Rusiya, Qazaxıstan və Özbəkistanda “GE Healthcare Academy” tədris mərkəzini açıb. Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanları müzakirə ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib