Sağlam dəri və gözəl saçlar üçün QİDALAR - Həkim məsləhəti
12.11.2020 19:04

Sağlam dəri və gözəl saçlar üçün düzgün qidalanmaq əsas şərtdir.

 

Atibb.az xəbər verir ki, həkim-kosmetoloq Leyli Məmmədova qəbul edilməsi məsləhətli olan qidalar və onların müsbət təsirlərindən danışıb. 

 

Həmin qidaları təqdim edirik:

⠀
1. Yağlı balıq

 

Bu növ balığın tərkibində böyük miqdarda sağlamlıq üçün əvəzolunmaz OMEGA-3 mövcuddur. O, orqanizmin düzgün işləməsi üçün çox vacibdir. Saçlarınız üçün çox faydalıdır.⠀
⠀

2. Yaşıl yarpaqlı tərəvəzlər

 

Ən fayalısı ispanaqdır. Vitamin C, E və beta-karatinin mənbəyi olduğu üçün dərini cavan, təravətli və canlı saxlayır.
⠀

3. Badam

 

Sağlamlığını və gözəlliyini düşünənlər bilir ki, məhz badam Omega-3, Omega-6. Vitamin E, gözəllik və cavanlıq vitamini Biotin mənbəyidir.
⠀

4. Tərəvəzlər

 

Pomidor qocalmanın qarşısını alan likopin antioksidantının mənbəyidir. Şirin bibərdə isə vitamin C limondan da çoxdur (vitamin C kollagenin ifrazını tənzimləyir)
⠀

5. Giləmeyvələr

 

Giləmeyvələrin tərkibində dərini cavanlaşdıran çox sayda vitaminlər və mikroelementlər var.
⠀

6. Süd məhsulları

 

Probiotiklə zəngin olan yoqurt, qatıq və başqaları həzmi yaxşılaşdırır, bədəndə müxtəlif prosesləri normaya salır həmçinin dərinin keyfiyyətini yaxşılaşdırır.
⠀

7. Meyvələr

 

Faydalı və dadlı alma, C vitaminlə zəngin kivi, magnezium tərkibli banan – bunların hamısı nəinki bizi sağlam edir həm də dərimizi gözəlləşdirir.
⠀

8. Kakao və qara şokolad

 

Az miqdarda yüksək kakao tərkibli qara şokolad dəriyə, saça və dırnaqlara çox gözəl təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib