Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb
25.03.2025 10:24

Oksford Universiteti və London Universitet Kollecinin tədqiqatçıları hipokampusun yaddaş formalaşdırma və gələcək davranışın proqnozlaşdırılmasında rolunu araşdıran yeni bir tədqiqat yayımlayıblar.

 

Aztibb.az tufts.edu-ya istinadla xəbər verir ki, yeni araşdırma hipokampusun yaddaşları necə parçalayaraq və yenidən təşkil edərək yeni ssenariləri modelləşdirdiyini ortaya qoyur.

 

Tədqiqatın nəticələri "Nature Neuroscience” jurnalında dərc olunub.

 

Əvvəlki araşdırmalar hipokampusun epizodik yaddaş və məkan naviqasiyası ilə əlaqəli olduğunu göstərsə də yeni tədqiqat bu bölgənin kompozisiya yaddaşı adlanan prosesi dəstəklədiyini vurğulayır. Bu, keçmiş təcrübələrin əsas komponentlərə ayrılması və yeni xatirələr yaratmaq üçün yenidən təşkil edilməsi deməkdir.

 

Tədqiqatçılar kompüter simulyasiyaları və hipokampal neyron aktivliyi qeydləri əsasında müəyyən ediblər ki, hipokampal replay (təkrar aktivləşmə) prosesi yaddaşın konsolidasiyası ilə yanaşı, yeni mühitlərə uyğunlaşmanı da dəstəkləyir. Yəni, hipokampus əvvəlki xatirələrdən əldə etdiyi məlumatları gələcək davranışları istiqamətləndirmək üçün istifadə edə bilir. Bu nəticələr hipokampusun passiv bir yaddaş saxlama strukturu olmaqdan çox xatirələri aktiv şəkildə emal edən və yeni öyrənmə olmadan optimal davranışı dəstəkləyən bir sistem olduğunu göstərir. Gələcək tədqiqatlar bu prosesi daha dərindən araşdıraraq yaddaş və qərar qəbuletmə mexanizmlərini daha yaxşı anlamağa kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib