BDU-da orqan donorluğu və transplantasiyasının hüquqi və etik tərəfləri araşdırılır  
17.03.2025 10:28

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrası və “BDU könüllüləri” təşkilatı tərəfindən birgə “Orqan donorluğu və transplantasiyası: hüquqi və etik yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, hibrid formada təşkil olunan seminarda BDU-nun və digər ali təhsil ocaqlarının Hüquq fakültələrinin tələbələri, “Tibb hüququ” ixtisaslaşması üzrə təhsil alan magistrantlar, digər fakültələrin tələbələri, vəkillər, ixtisaslaşmış hüquqşünaslar və kafedranın müəllimləri iştirak ediblər.

 

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycanda orqan donorluğu və transplantasiyasının tarixi barədə məlumat verib, son illərdə bu sahədə dövlət tərəfindən həyata keçirilən işləri diqqətə çatdırıb.

 

Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri dosent Əsmər Əliyeva kafedranın “BDU könüllüləri” ilə birgə təşkil etdiyi təlimlər, seminarlar, sosial platformalarda yaradılan qruplar, müsabiqələr barədə iştirakçıları məlumatlandırıb, bu layihə və tədbirlərin hüquq elminin və tədrisinin inkişafına yönəldiyini vurğulayıb.

 

Sonra səhiyyə sahəsində ixtisaslaşmış hüquqşünaslar Ruslan Vəliyev və Nərmin Adıgözəlzadə təqdimatlarla çıxış ediblər. Seminar çərçivəsində orqan donorluğu və transplantasiyasının hüquqi tənzimlənməsi, etik mülahizələr, məsələnin tibbi əsasları, transplantasiya sahəsində cinayət məsuliyyəti kimi mövzular geniş müzakirə olunub. Həmçinin orqan bağışlanmasının könüllülük prinsipinə əsaslanması, donor və resipiyentlərin hüquqlarının qorunması, transplantasiya zamanı etik prinsiplərin gözlənilməsi, eyni zamanda, Azərbaycan qanunvericiliyində bu sahəni tənzimləyən normalar diqqətə çatdırılıb, beynəlxalq təcrübədən nümunələr gətirilib.

 

Seminarda Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək, donor olmağın əhəmiyyətindən danışıb, bu sahədə ictimai şüurun artırılmasının önəmini vurğulayıb.

 

Tədbirin sonunda Hüquq fakültəsinin “BDU könüllüləri” təşkilatı ilə birgə təşkil etdiyi və ötən ildən başlayaraq bu günədək davam edən silsilə tədbirlərdə fəal iştirak etmiş tələbələr sertifikatlarla təltif olunublar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır