ATU əməkdaşı Berlində təlimdə iştirak edib  
14.03.2025 16:41

ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasının assistenti Nərmin Səfərova bu yaxınlarda Almaniyanın paytaxtı Berlin şəhərində olub

 

ATU-dan Aztibb.az-a bildirilib ki, o, Almaniya İlk Yardım Cəmiyyətinin (Ein Projekt der Deutsche Erste-Hilfe Gesellschaft) layihəsi çərçivəsində sağlamlıq və təhlükəsizlik sahəsində peşəkar dəstək və düzgün müdaxiləyə həsr olunmuş təlimdə iştirak edib.

 

Mütəmadi olaraq keçirilən bu təlimə dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 iştirakçı qatılıb. 5 nəzəri, 4 praktik moduldan ibarət olan təlimdə iştirakçılar qanaxmalar zamanı ilk yardım, qəza və travmalar zamanı müxtəlif müdaxilələr haqqında bilik və bacarıqlara yiyələniblər. Mühazirələrdə orqanların anatomiyası və fiziologiyası haqqında geniş məlumat təqdim olunub, orqanizmin şok vəziyyətlərində verə biləcəyi reaksiyalar barədə nəzəri məlumatlar müzakirə edilib.

 

Təlim zamanı iştirakçılara real vəziyyətlərdə qanaxmanın dayandırılması, şok vəziyyətində olan şəxsə müdaxilə və kardiopulmonar reanimasiyanı (CPR) praktiki şəkildə tətbiq edərək həyati təhlükənin qarşısını almaq ətraflı izah olunub. Sonda iştirakçılar öz təcrübələrini bölüşüb, əldə etdikləri bilik və bacarıqlarla bağlı diskussiya aparıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır