BTEB-in Azərbaycan ordusunun böyük qələbəsinə həsr edilmiş Ümumi yığıncağı keçirilib
11.11.2020 23:12

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

 

"Zoom" platforması üzərindən virtual formatda təşkil olunan iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Bölmə üzvlərini Qarabağ müharibəsinin böyük qələbə ilə başa çatdırılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edib, eyni zamanda onlara AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təbriklərini çatdırıb. Natiq qeyd edib ki, Azərbaycan xalqının 27 il ərzində səbirsizliklə gözlədiyi gün gəlib, cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Silahlı Qüvvələrimızın Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu müasir tariximizə yeni şanlı səhifələr yazıb.

 

Akademik bildirib ki, bu tarixi qələbə Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət - güclü ordu strategiyasının məntiqi yekunudur. Böyük qələbənin əsas hərəkətverici qüvvəsi sarsılmaz xalq – lider, xalq – ordu birliyi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının yumruq kimi birləşməsi olmuşdur. Türkiyə Respublikasının və xalqının ciddi mənəvi və siyasi dəstəyini də xüsusi qeyd etmək lazımdır. Akademik İradə Hüseynova bu mücadilədə müqəddəs yurdumuzun xilası naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi qarşısında baş əydiyini bildirib.

 

Akademik İ. Hüseynova AMEA Rəyasət Heyətinin "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında" 30 oktyabr 2020-ci il tarixli qərarına uyğun olaraq BTEB-in alimləri tərəfindən aparılacaq çoxşaxəli elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üzərində iş aparıldığını bildirib.

 

Qeyd edib ki, Bölmə tərəfindən bioloji müxtəliflik, genetik ehtiyatlar, torpaq və su resursları ilə bağlı görüləcək işlərlə yanaşı, regionda işğal nəticəsində Azərbaycan və dünya bitki və heyvan genefonduna, landşaft örtüyünə, tarixi-mədəni və təbii abidələrinə, yeraltı və yerüstü sərvətlərinə vurulmuş ziyanlar haqqında silsilə beynəlxalq konfrans və dəyirmi masaların təşkil edilməsi, müvafiq elmi məqalələrin beynəlxalq jurnallarda dərc etdirilməsi, dağıdılmış landşaft elementlərinin, talan edilmiş tarixi və mədəni abidələrin, tikililərin konservləşdirilərək açıq səma altında muzeylərin yaradılması, bu məqsədlə obyektlərin seçilməsinə elmi dəstəyin göstərilməsi aidiyyəti təkliflər arasında yer alıb.

 

Tədbirdə BTEB-in üzvlərindən akademik Urxan Ələkbərov, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Maqsud Qurbanov, Amin İsmayılov, Tərlan Məmmədov, Zeynal Əkpərov, İbrahim Əzizov, Əlövsət Quliyev, biologiya elmləri doktorları Ulduz Həşimova, Vahid Fərzəliyev və başqaları çıxış edərək xalqımızı təbrik edib, Dövlət Başçısının Azərbaycanın çiçəklənməsi və torpaqlarımızın azad edilməsi, əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi uğrunda apardığı məqsədyönlü siyasəti yekdilliklə dəstəklədiklərini bildiriblər.

 

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə BTEB-in üzvləri tərəfindən müraciət qəbul edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub