İstilik sistemlərinin sağlamlığa vurduğu zərər
11.11.2020 22:36

Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, kamin) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada «ilişir» və məhv olur. Evin havası quru olanda bu, selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qrip xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə, istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.


Quru hava dəri və saçların vəziyyətinə də mənfi təsir edir — dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir. Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

 

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır.

 

Bunu necə edək?


1. Evin havasını gündə ən azı 2 dəfə dəyişmək lazımdır.


2. Döşəmələri hər gün silin.


3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir.


4. Evin müxtəlif yerlərində nimçələrdə su qoymaq olar.


5. Müasir nəmləndirici aparatlar da bu işdə sizə kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib