ATU-da növbəti 5 il üçün tədris proqramlarının hazırlanması müzakirə olunub  
14.03.2025 10:06

Azərbaycan Tibb Universitetində (ATU) yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupun iclası keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Görüşdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli qarşıdakı 5 il üçün universitetdə tədris edilən ixtisaslar üzrə proqramlarının hazırlanmasına başlandığını bildirib.


Rektor G.Gəraybəyli qeyd edib ki, tədris proqramları 5 ildən bir yenilənir və bu dövrdə olan dəyişikliklər nəzərə alınlr: “Bundan əvvəlki proqram 5 il öncə olan  ixtsaslara uyğun təsdiqlənib. 2024-cü ilin dekabrında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bütün universitetlər üçün, o cümlədən ATU üçün bakalavriat, magistratura və rezidentira pilləsi üçün ixtisasların siyahısı təsdiqlənib. Növbəti 5 il üçün proqramlar hazırlanarkən, bu müddətdə ATU-da açılan yeni ixtisaslar - fizioterapiya, tibb bacısı, dietologiya kimi ixtisaslar da nəzərə alınır”. 


Professor Gəray Gəraybəyli ilk dəfə olaraq proqramların hazırlanmasında təkcə tədris edən tərəfin yox, həm də əmək bazarının nümayəndələrinin olmasını mühüm dəyişiklik kimi qiymətləndirib. Çünki bu addım tədris proqramlarının tərtib olunduğu zaman əmək bazarının (həkimləri işəgötürən dövlət qurumları və özəl şirkətlər) tələblərinin müəyyənləşdirilməsinə imkan verir. 


Daha sonra iclas iştrakçıları tədris proqramlarının hazırlanması prosesi ilə bağlı fikirlərini bildiriblər. Görüşdə işçi qrupun digər universitetlərdən olan əməkdaşları, klinikaların rəhbərləri və işəgötürənlər iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır