Məşhur britaniyalı alim ATU-nun qonağı olub  
13.03.2025 14:37
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli məşhur britaniyalı alim-neyroloq, Lordlar Palatasının üzvü, Linkoln kollecinin böyük elmi işçisi (Oksford), Heriot-Vatt Universitetinin keçmiş kansleri, Böyük Britaniyanın Kral İnstitutunun ilk xanım direktoru Baronessa Susan Greenfield ilə görüşüb.
 
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, görüş zamanı rektor G.Gəraybəyli məşhur alimə ATU-nun yaranma tarixi və bir əsrə yaxın müddətdə keçdiyi inkişaf yolu haqqında məlumat verib. Universitetin son illər ərzində beynəlxalq arenada qazandığı uğurlar və dünyanın aparıcı elmi-tibbi ocaqları ilə qurulan əməkdaşlıqlar xüsusilə vurğulanıb. ATU-nun əcnəbi tələbələr sayına görə ölkədə birinci yerdə olduğunu qeyd edən Professor G.Gəraybəyli qonağı universitetdə tədris olunan ixtisaslar, akademik heyətin elmi fəaliyyəti haqqında da bilgiləndirib.

 

Baronessa Greenfield öz növbəsində Azərbaycan Tibb Universiteti ilə tanışlıqdan məmnun olduğunu bildirib. 2013-cü ildə təsis etdiyi məşhur “NeuroBio” şirkəti haqqında ətraflı məlumat verən alim ortaq tədqiqatlar və layihələr nəticəsində insanların sağlamlığına qovuşmasında böyük uğurlar əldə etməyin mümkünlüyünü vurğulayıb. 


Azərbaycan Tibb Universitetinin elmi potensialını yüksək qiymətləndirən Baronessa Greenfield qarşılıqlı əməkdaşlıq haqqında fikirlərini səsləndirib.

 

Daha sonra britaniyalı nevroloq ATU-nun əməkdaşları üçün “Altsheymer xəstəliyinə yeni yanaşma” mövzusunda mühazirəsini təqdim edib. 


Görüşdə ATU-nun Nevrologiya və psixiatriya kafedralarının əməkdaşları da iştirak ediblər.

 

Qeyd edək ki, Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun ilk qadın rəhbəri baronessa Susan Greenfield  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq XII Bakı Qlobal Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır