ATU nümayəndəsi Macarıstanın Pécs Universitetində görüşlər keçirib  
13.03.2025 10:34

Azərbaycan Tibb Universitetinin  Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli Macarıstanın Pécs Universitetinin qonağı olub.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Macaristan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan səfərin məqsədi iki universitet arasında əməkdaşlıq məsələlərini müzakirə etmək, xüsusilə universitetin əczaçılıq şirkətləri ilə əlaqələrini öyrənmək və Azərbaycan reallığında tətbiqini araşdırmaqdan ibarət olub. 


Dosent Fərəh Mədətlinin sözlərinə görə, Pécs Universiteti 1367-ci ildə Kral I Ludovik tərəfindən təsis edilib və Macarıstanda ilk, Mərkəzi Avropada isə dördüncü universitet olaraq tarixə adını qızıl hərflərlə yazdırıb. Ziyarət zamanı ATU-nun  Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli Pecs Universitetinin rektoru professor Dr. Attila MISETAya, Pannon Pharma əczaçılıq sənayesi müəssisəsinin direktoru Dr. Pallos Jozsefə və  Pecs Universitetinin Əczaçılıq fakültəsinin dekanı Dr. András Fittler ilə görüşlər keçirib.  Müzakirələrin yekunu olaraq Azərbaycan və Macarıstan universitetləri arasında təhsil və elmi əməkdaşlığın inkişafı istiqamətində memorandumun imzalanması kimi əhəmiyyətli addımların atılması qərara alınıb. Bu təşəbbüsün əsas hədəfi kimi tələbə və təcrübə mübadiləsi, həmçinin ixtisaslaşma, doktorantura, ikili diplom və s. olaraq nəzərdə tutulub. Səfər zamanı Dosent F.Mədətli macarıstanlı həmkarlarına Azərbaycan Tibb Universiteti adından xatirə hədiyyələrini təqdim edib. 


Səfər zamanı Pécs Universiteti ilə “Pannon Pharma” arasında olan mövcud bilik və təcrübə mübadiləsi, o cümlədən tədris metodikasının öyrənilməsi, bu üsulun Azərbaycan Tibb Universiteti və “Scandens Pharmaceutical” şirkəti arasında tətbiqi də nəzərdə tutulub. Bu məqsədlə səfərdə Azərbaycanın elmi əsaslı “Scandens Pharmaceutical Industrials Ltd”. əczaçılıq zavodunun nümayəndələri də iştirak ediblər. Onların iştirakı ilə dördlü əməkdaşlıq çərçivəsində, tərəflər arasında elmi və tədqiqat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, əczaçılıq sənayesində beynəlxalq çərçivədə yerli kadr potensialının gücləndirilməsinə töhfə vermək istiqamətində müzakirələr aparılıb. 


Qeyd edək ki, şirkət nümayəndələri Pécs Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş təşkil edərək, onları, yerli əczaçılıq sahəsindəki yeniliklər və gələcək imkanlar barədə də bilgiləndiriblər. Məqsəd məhz azərbaycanlı tələbələri yerli əczaçılıq sahəsində peşəkar fəaliyyətə cəlb etmək və ölkənin sənaye inkişafına töhfəsini artırıllmasına təşviq etməkdən ibarətdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır