Mehdiabad Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya: 319 nəfərə 651 xidmət göstərilib  
11.03.2025 11:44
Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 2025-ci il üçün təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində 05.03.2025-ci il tarixində tibbi aksiya keçirilib. Aksiya tibb müəssisəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad Ailə Sağlamlıq Mərkəzində həyata keçirilib.
 
Bu xəbər Aztibb.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasından verilib.
 
Tibbi aksiyaya vətəndaşların yararlanması üçün kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah ixtisası üzrə həkimlər cəlb edilib, ultrasəs(USM), elektorkardioqramm(EKQ), laboratoriya və s. kimi xidmətlər olmaqla ümumilikdə 319 nəfərə 651 xidmət göstərilib.
 
Aksiyada qəsəbə sakinləri ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.
 
Həmçinin keçirilən aksiyanın yüksək şəkildə təşkil olunması və xidmət keyfiyyətinə nəzarət etmək üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da iştirak edib.
 
Xatırladaq ki, layihənin məqsədi rayonun müxtəlif ərazilərində yaşayan vətəndaşlara yerində, daha əlçatan və keyfiyyətli xidmətin göstərilməsidir.
 
Səyyar təşkil olunan bu aksiyaların mütəmadi olaraq icrası planlaşdırılır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır