İnsanlara yayılma riski yüksəkdir - Çində yeni koronavirusun təhlükəsi aktual olaraq qalır
10.03.2025 09:25

Çinli virusoloqlar yarasalarda COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni koronavirusun təhlükəsinin aktuallığından bəhs edirlər.

 

Aztibb.az "South China Morning Post (SCMP)" portalına istinadən yazır ki, indi aşkar edilən virus HKU5 koronavirusunun yeni nəslidir və Uhandan olan (pandemiya 2019-cu ildə başlayan) mütəxəssislərlə birlikdə Quançjou laboratoriyasında tədqiq edilib.

 

Alimlərin fikrincə, yarasa merbekovirusları ciddi təhlükədir. Yarasa merbekoviruslarının ya birbaşa ötürülmə, ya da aralıq sahiblər vasitəsilə insanlara yayılma riski yüksəkdir.m Merbekovirus, Betakoronavirus cinsinə aid virusların alt cinsidir, o cümlədən Yaxın Şərq tənəffüs sindromuna səbəb olan insan patogeni ilə əlaqəli koronavirusdur. Bu alt cinsin virusları əvvəllər qrup 2c koronavirusları kimi tanınırdı.

 

Çinli viroloq Şi Zhengli qeyd edib ki, yeni HKU5-CoV-2 ştamı növlər arasında yayılma qabiliyyəti yüksəkdir və daha geniş orqanizmləri yoluxdura bilir. Alimlər daha hərtərəfli araşdırmaya davam edəcəklər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır