Nüfuzlu nəşr Çin virusu ilə bağlı yeni çağırış edib
29.03.2025 07:32

Çində insan metapnevmovirusu (HMPV) hallarının artması beş il əvvəl COVID-19 pandemiyasının başlanğıcını xatırladan həyəcan təbili çalır. Bununla belə, ekspertlər vəziyyətin əvvəlki xəstəlik dalğalarından köklü şəkildə fərqləndiyini deyirlər.

 

Aztibb.az xəbər verir ki, "The New York Times"da qeyd edildiyi kimi tədqiqatlar bu virusun ən azı 60 ildir insanlar arasında yayıldığını göstərir. İnsan metapnevmovirusu yeni bir virus deyil. Onun 2001-ci ildə yayıdığıvaşkar edilib. Lakin COVID-19 pandemiyasına səbəb olan koronavirusdan fərqli olaraq, HMPV əksər insanlar üçün təhlükə yaratmır. Çoxumuz uşaqlıqda virusla qarşılaşmışıq və toxunulmazlığımız var, buna görə də təkrarlanan infeksiyalar soyuqdəymə kimi yüngül keçir.

 

Bununla belə, bronxit və pnevmoniya kimi ciddi ağırlaşmalara daha çox həssas olan insanlar qrupları var. Bunlara körpələr, yaşlılar və zəifləmiş immunitet sistemi və ya xroniki ağciyər xəstəlikləri olan xəstələr daxildir. Ona görə də bu problemin əhəmiyyətini azaltmamaq lazımdır.

 

Çin səlahiyyətliləri HMPV hallarının artdığını təsdiqləyir, lakin əhali üçün heç bir təhlükə olmadığını təkid edirlər. Koronavirusla bağlı vəziyyətdən fərqli olaraq, virus artıq öyrənilib və bir çox insanın immuniteti var. Bu o deməkdir ki, biz daha proqnozlaşdırıla bilən və idarə oluna bilən bir ssenari ilə qarşılaşırıq.

 

Vanderbilt Universiteti Tibb Mərkəzinin pediatriya üzrə dosenti doktor Li Hovard qeyd edir ki, HMPV qrip, COVID-19 və ya RSV qədər diqqət görməmişdir. Lakin bu, o demək deyil ki, biz bu problemi nəzərdən qaçırmalıyıq. Əksinə, vəziyyətə nəzarəti davam etdirməli və əhalinin ən həssas qruplarının müdafiəsi üçün tədbirlər görməliyik

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır