Ürəkbulanma, qusma və baş ağrısı - Su zəhərlənməsinin əsas əlamətləri
11.11.2020 18:03

Su zəhərlənməsi həddindən artıq su qəbul edilməsi nəticəsində bədənimizdəki elektrolit tarazlığının pozulmasıdır. Bu zaman beyin funksiyalarında ölümcül ziyanlar da meydana gəlir. Çox su içmək böyrəkləri daha çox işlədir və bu səbəbdən də daha çox mineral itirilir. Həmçinin, hüceyrələrdə su yığılması səbəbindən onlar da şişir. Xaric edilə bilməyən şişkinlik beyinə çatdığında beyində şişkinlik meydana gələrək ölümə və daha pis xəstəliklərə səbəb ola bilər.

 

Su zəhərlənməsinin bir neçə əsas simptomu var: ürəkbulanma və qusma, baş ağrısı, şüurda meydana gələn dəyişikliklər.

 

Belə zəhərlənmə zamanı tərləmə nəticəsində bədənimizdə natrium çatışmazlığı meydana gəlir. Bu çatışmazlıq tamamlanmadan su içmək natriumun daha çox azalmasına səbəb olur. Əsəb sisteminin fəaliyyətini təmin edən natriumun azalması nəticəsində əzələlərdə ağrılar yaranaraq, qusma şəklində özünü göstərir. Nəticədə qan təzyiqini tarazlaşdıran natrium çatışmazlığı yarandığı üçün həmin şəxs koma və ya ölümlə qarşılaşa bilər.

 

Su zəhərlənməsi adətən daha çox tər itirməyə səbəb olan idman növləri ilə məşğul olanlarda, marafon qaçışlarında iştirak edənlərdə və arıqlamaq istəyənlərdə rast gəlinir. Natrium əksikliyi meydana gəldiyi an müdaxilə etmək çox önəmlidir.

 

Əgər zəhərlənmiş şəxs qidalana bilərsə, ona duzlu içkilər verilməlidir. Ağızdan qidalana bilməyəcək dərəcədədirsə, damar vasitəsilə müdaxilə edilməlidir. Belə vəziyyətdə həkimə müraciət etmək çox önəmlidir. Çünki bu kimi hallar daha da pis nəticələnə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib