Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası ATU-da tibbi aksiya keçirib
09.03.2025 12:28

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Tibb Universitetində növbəti tibbi aksiyasını həyata keçirib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, iki gün davam edən aksiya çərçivəsində 237 nəfərə qədər pasiyent müayinə olunub. Müayinələr əsasında refraksiya patologiyası, miopiya, quru göz sindromu və digər oftalmoloji xəstəliklər aşkar edilib.

 

Aksiyanın əsas məqsədi pasiyentlərin sağlamlıq problemlərini erkən aşkar etmək, mümkün ağırlaşmaların qarşısını almaq və onların vaxtında müalicəsinə dəstək olmaqdır. Bununla yanaşı, oftalmoloji problemlərin ilkin mərhələdə müəyyən edilməsi, müalicəyə vaxtında başlanılması və uzunmüddətli fəsadların qarşısının alınması üçün əhəmiyyətli imkanlar yaradılır. Aksiya çərçivəsində həyata keçirilən müayinələr nəticəsində refraksiya anomaliyaları, göz daxili təzyiq dəyişiklikləri və digər ciddi oftalmoloji xəstəliklər erkən mərhələdə müəyyən edilərək müvafiq müalicə tədbirləri görülüb. Bu yanaşma, görmə qabiliyyətinin qorunması, insanların həyat keyfiyyətinin yüksəldilməsi və gələcəkdə daha mürəkkəb müalicə və əməliyyatların qarşısının alınması baxımından mühüm rol oynayır.

 

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Nərgiz Əhmədova, Tərlan Əliyeva və rezidentlər Nərgiz Vəlizadə, Emin Ərəbov tərəfindən həyata keçirilib.

 

Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri, t.e.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova iştirak ediblər.

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2005-ci ildən avtomobil səyyar klinikası, 2018-ci ildən isə dəmiryolu səyyar klinikası vasitəsilə paytaxtda və respublikanın müxtəlif bölgələrində əhaliyə təmənnasız oftalmoloji və cərrahi xidmətlər göstərilir. Səyyar Klinikanın fəaliyyəti regionlarla məhdudlaşmır, eyni zamanda respublikanın bir çox ali təhsil müəssisələrində də həyata keçirilir. Səyyar Klinikada xaricdə ixtisaslaşmış təcrübəli həkim-oftalmoloqlar pasiyentlər üçün geniş spektrdə müayinələr, diaqnostika və müalicə tədbirləri həyata keçirir, eyni zamanda ehtiyac olduqda cərrahi əməliyyatlar da icra olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır