ATU-nun Stomatoloji Klinikasında xeyriyyə aksiyası keçirilib
08.03.2025 12:50

 

Nəsimi rayon İcra Hakimiyyətinin və ATU-nun Stomatoloji Klinikasının birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün ödənişsiz müayinə və müalicə aksiyası təşkil olunub.

 

Tibb Universitetindən Aztibb.az-a verilən xəbərə görə, bu kateqoriyadan olan şəxslər həkim baxışı ilə yanaşı, bəzi prosedurlardan da tam ödənişsiz keçiblər. 

 

Vətən müharibəsi qaziləri Qurban Bayramov, ehtiyatda olan zabit Pərvin Əzimov, adlarının çəkilməsini istəməyən digər qazilər və şəhid ailələrinin üzvləri ödənişsiz aksiyanın təşkilindən razılıqlarını ifadə edərək, bu cür aksiyaları dövlətimizin onlara göstərdiyi qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

 

Aksiyaya gələnlərin bir çoxunun üz tutduğu həkimlərdən İlqar Qacar, Leyla Şirəlizadə, Mehman Rüstəmov və başqaları diş çəkimi, diş ağrıları zamanı sinirlərin çıxarılması, diş kanallarının təmizlənməsi və narahatlıq doğuran digər vacib prosedurları böyük məmnunluqla həyata keçiriblər.

 

Stomatoloji Klinikanın direktoru, t.ü.f.d İmran Ağayev müharibə günlərində olduğu kimi, tibb işçilərinin bu gün də şəhid ailələrinin və qazilərin yanında olduğunu, bu aksiyanı stomatoloji problemləri olan, müayinəyə ehtiyac duyan şəhid ailələrinə və qazilərə dəstək olmaq üçün təşkil etdiklərini bildirib.

 

Onun sözlərinə görə, hələlik bu aksiya çərçivəsində Nəsimi rayonunun ərazisində yaşayan şəhid ailələrinin üzvlərinə və qazilərə xidmət göstərilib. Xeyriyyə aksiyasında həkimlərlə yanaşı, klinikanın rezidentləri də yaxından iştirak ediblər. Gələcəkdə isə müayinəyə bu kateqoriyadan olan daha çox insanın cəlb edilməsi və prosedurların sayının artırılması nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır