Rusiyanın tanınmış həkimi COVID-19-un müalicəsi zamanı yol verilən ƏSAS SƏHVLƏRİ açıqladı
11.11.2020 16:16

Rusiyanın tanınmış həkimi və televiziya aparıcısı Aleksandr Myasnikov COVID-19 xəstələrinin evdə müalicəsi zamanı yol verdikləri səhvlər barədə danışıb.

 

Aztibb.az-ın ria.ru-ya istinadən məlumatına görə, həkim vurğulayıb ki, xüsusi dərmanları, məsələn xlorokin, yalnız həkim təyinatı ilə istifadə etmək olar.

 

Onun sözlərinə görə, COVID-19-u antibiotiklərlə müalicə etmək düzgün yanaşma deyil. Bu yolla onlara qarşı müqavimət hazırlamaq olar ki, bu da gələcəkdə problemlərlə nəticələnə bilər. Koronavirusla mübarizədə isə preparatların bu qrupundan istifadə kömək etməyə bilər.

 

Həmçinin həkim qanı durulaşdıran preparatların qəbulundan çəkinməyi məsləhət bilib. O, qeyd edib ki, bu preparatlar beyin və mədə-bağırsaq qanaxmalarına səbəb olduğundan xəstəxana şəraitində ağır xəstələrin yalnız kiçik faizinə təyin oluna bilər.


Mütəxəssis vurğulayıb ki, yüksək temperatur zamanı parasetamol, köməkçi vasitələr kimi isə D və C vitaminləri, sink preparatları və interferon tərkibli burun damcıları qəbul etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib