Xətai rayonundakı ilkin səhiyyə xidməti müəssisələri ilə tanışlıq olub  
07.03.2025 09:33
TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xətai rayonu ərazisində yerləşən 28 nömrəli Şəhər Poliklinikasına və 2 nömrəli Uşaq Poliklinikasına baş çəkib.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla bildirir ki, məqsəd ilkin səhiyyə xidməti müəssisələrinin mövcud vəziyyəti ilə tanışlıq olub.
 
Səfər çərçivəsində ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması üçün atılacaq addımlar müzakirə edilib, habelə hər iki poliklinikanın infrastrukturu, maddi-texniki bazası, kadr potensialı, tibb işçilərinin iş şəraiti və göstərilən xidmətlərin keyfiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.
 
Məlumat üçün bildirək ki, əhaliyə əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsinə dair layihənin icrasına başlayıb. Layihənin icrası ən ucqar nöqtələrdə belə vətəndaşların fasiləsiz tibbi xidmət almasına imkan yaradacaq. Eyni zamanda layihə ilkin səhiyyə sahəsində maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.
 
Layihə çərçivəsində sözügedən sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq planların hazırlanması nəzərdə tutulub.
 
Qeyd edək ki, 2025-ci il yanvarın 30-da Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmələr keçirilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
İİV infeksiyası ilə mübarizədə yeni yanaşmalar müzakirə olunub