AQTA sədri dondurma istehsalı müəssisəsində olub
22.08.2026 16:03

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Iceland” ticarət markası altında dondurma məhsulları istehsal edən “Camal LTD” şirkətinin fəaliyyəti ilə tanış olub.

 

Bu barədə Aztibb.az-a AQTA-dan məlumat verilib.

 

Bildirib ki, AQTA sədri müəssisənin istehsal və emal sahələri, laboratoriya bölməsi və sınaq imkanlarını izləyib, həmçinin hazır məhsulların saxlanması və daşınması mərhələlərinə baxış keçirib. Müəssisənin istehsal potensialı, qida təhlükəsizliyinin təmin edilməsi, dondurma məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, şirkət müasir standart və texnologiyalardan istifadə etməklə müxtəlif çeşiddə dondurmalar istehsal edir. Məhsulun istehsal prosesində qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri tətbiq olunur.

 

Tanışlıq zamanı qida təhlükəsizliyi tələblərinin təmin olunması, istehsal proseslərinin təkmilləşdirilməsi və ixrac potensialının genişləndirilməsinin vacibliyi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır