Çili bibəri ölüm və xəstəliklərin qarşısını alır - ARAŞDIRMA
11.11.2020 15:43

Son araşdırmalara görə çili bibəri yeyən insanlar daha uzun ömürlü olur, bu tərəvəz ürək-damar xəstəliklərindən və ya xərçəngdən ölüm riskini azaldır.

 

Aztibb.az Eurek Alert-ə istinadən xəbər verir ki, Çili bibərinin orqanizmə təsirini analiz etmək üçün elm adamları dünyanın beş ən böyük sağlamlıq məlumat bazalarından (Ovid, Cochrane, Medline, Embase və Scopus) 4.729 tədqiqatı analiz ediblər.

 

Nəticədə mütəxəssislər ABŞ, İtaliya, Çin və İrandan 570 mindən çox insanın sağlamlığı və qidalanması ilə bağlı məlumatları nəzərdən keçiriblər. Çili bibərini nadir hallarda və ya heç yeməyən insanlara nisbətən, müntəzəm olaraq yeyən insanlarda ürək-damar ölümlərində 26%, xərçəng ölümlərində 23% və digər səbəblərdən ölüm hallarında 25% azalmış olub.

 

Tədqiqat müəllifi Klivlend Klinikasının Ürək, Damar və Torakal Sistem İnstitutunun kardioloqu həkim Bo Xu qeyd edib: "Tapıntıları izah edə biləcək dəqiq səbəblər və mexanizmlər hələ bilinmir. İstehlak edilən çilinin miqdarı və növünün də araşdırmalarda müxtəlif olduğunu nəzərə almalıyıq. Bu, sağlamlığı inkişaf etdirmək üçün nə qədər və hansı növ çili yeməli olduğunu müəyyənləşdirmir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib