Səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının onlayn sessiyasında çıxış edib
11.11.2020 14:05

73-cü Ümumdünya Səhiyyə Assambleyasının iclası noyabrın 9-dən 14-dək videokonfrans formatında keçirilir. İşini yenidən davam etdirən sessiya COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə və koronavirus pandemiyasına qarşı görüləcək fəaliyyətlərə həsr olunub.

 

Ümumdünya Səhiyyə Assambleyasının onlayn sessiyasında Səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

 

Onlayn sessiyanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesus açıb. O, təşkilatın davamlı maliyyələşdirməsini və ümumdünya səhiyyə xidmətlərinin əhatə dairəsinin araşdırmasını təmin etmək, COVID-19 pandemiyasının verdiyi dərslərə əsaslanan "yeni əməkdaşlıq dövrünə" qədəm qoymağa çağırıb.

 

Səhiyyə naziri Oqtay Şirəliyev sessiyada çıxış edərək, qeyd edib ki, bu gün səhiyyə işçilərinin prioriteti COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsidir.

 

Oqtay Şirəliyev Azərbaycanda pandemiya ilə mübarizənin başlanmasından keçən müddət ərzində görülmüş kifayət qədər böyük həcmli işlərdən məlumat verib. Nazirin sözlərinə görə, o, Assambleyanın may ayında keçirilmiş sessiya zamanı iştirakçılara Azərbaycanın bu sahədəki təcrübəsi, ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər barəsində məlumat verib. “Görülən tədbirlər nəticəsində hazırda ölkədəki koronavirus epidemiyası tamamilə idarə olunur. Bu günə qədər 10 milyon əhalisi olan bir ölkədə təxminən 60 min insan xəstələnib, 1,3 milyondan çox test keçirilib, xəstəlikdən irəli gələn ölüm halları 1,3 faizi təşkil edib”, – deyə, Oqtay Şirəliyev bildirib.

 

Nazir vurğulayıb ki, keçən bu müddət ərzində bir çox ölkə koronavirusla mübarizə sahəsində müəyyən təcrübə qazanıb və bu təcrübələrin mübadiləsi bu gün əməkdaşlığın ən vacib sahələrindən birinə çevrilməlidir. Bir çox ölkədə xəstəlik hallarının sayının sürətlə artmasının, şübhəsiz ki, daha da böyük sosial-iqtisadi nəticələrə gətirib çıxaracağını bildirən Oqtay Şirəliyev Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari ilin dekabrın 3-4-də BMT-nin Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi iclasının keçiriləcəyi haqqında xəbər verib.

 

Səhiyyə Nazirliyi rəhbərinin çıxışının vacib hissəsi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanata həsr olunub. Səhiyyə naziri deyib: “30 illik işğal dövrü ərzində aralarında uşaqlar, yaşlı insanlar və qadınlar olmaqla minlərlə insan öldürülüb və yaralanıb, bütün şəhər və qəsəbələr dağıdılıb. Evlərini itirən bir milyondan çox insan məcburi köçkün və qaçqın olub. Nəhayət ki, hər şey yekunlaşıb! Müxtəlif sahələrin mütəxəssisləri ilə birgə tibb işçiləri də erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə gətirilmiş tibbi infrastrukturun bərpası üçün əlimizdən gələni etməliyik. Qarşımızda müasir avadanlıqlı yeni klinika və müasir tibb mərkəzləri inşa etmək, əhalinin səhiyyə mühafizəsinin təşkili kimi məqsədlər var. İş həcminin çox olmasına baxmayaraq, bütün bunlar qurucu işlərdir və onları həyata keçirməkdən çox xoşbəxt olacağıq!".

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası İcraiyyə Komitəsi tərəfindən gündəminə daxil etdiyi səhiyyə məsələlərini həll edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir rəhbər orqanıdır. Adətən ÜST-ün bütün üzv dövlətlərinin nümayəndə heyətləri Assambleyanın işində iştirak edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub