Koronavirusun ən real görüntüsü əldə edildi
11.11.2020 12:37

Səudiyyə Ərəbistanının Kral Abdullah Elm və Texnologiya Universitetinin (KAUST) alimləri koronavirusun bu günə qədərki ən real və yeni görüntüsünü yayıb.

Tədqiqatçılar apardıqları araşdırmanın COVID-19-a qarşı hazırlanan peyvəndlər, eləcə də müalicələr üçün dönüş nöqtəsi ola biləcəyini bildiriblər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, 3D modelləşdirmədən istifadə edən elm adamları son məlumatları da əlavə edərək COVID-19-a səbəb olan xəstəliyin daxili və xarici quruluşunu xəritələşdiriblər.

 

Mövzu ilə bağlı açıqlama verən araşdırmaçı Ondrej Strnad bildirib ki, 3D modelimiz koronavirusun mövcud quruluşunu atom səviyyəsində göstərir və nukleokapsid zülalların əmələ gətirdiyi ipə bənzər quruluş kimi daha əvvəl görülməsi imkansız olan virusun xırdalıqlarını ortaya qoyur. 

 

"Modelin hazırlanmasında istifadə etdiyimiz yanaşma COVID-19-un yayılmasına qarşı aparılan elmi mübarizədə yeni yol aça bilər. Çünki bu texnologiya elm adamlarına yeni kəşf olunmuş məlumatları sürətlə modelə daxil etməyə və beləliklə, daim yenilənən bir onlayn resurs yaratmağa imkan verə bilər", - deyə O.Strnad bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır