Tozağacı göbələyi çaqanın cövhəri yeni növ koronavirusun təsirini məhv edir - "Vektor" mərkəzinin MÜHÜM KƏŞFİ
11.11.2020 12:08

Rusiyanın Virusologiya və Biotexnologiyalar Dövlət Elmi Mərkəzi - "Vektor"un mütəxəssisləri müəyyən ediblər ki, tozağacı göbələyi olan çaqanın su cövhəri yeni növ koronavirusun təsirini öldürür.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin nəşri bildirir.

 

"Cövhər SARS-CoV-2-yə yüksək aktivlik göstərdi, çaqanın qoruyucu təsirinə və aşağı toksikliyinə görə isə, gələcəkdə onun əsasında antivirus preparatlarının yaradılması haqqında fikirləşmək olar", - deyə məlumatda bildirilir.

 

"Vektor"un Mikologiya kafedrasının professoru Tamara Teplyakovanın sözlərinə görə, bu metodika üzrə hazırlanmış çaqanın cövhərinin effektivliyini o, öz üzərində, həmçinin koronavirusa yoluxmuş həyat yoldaşı, qohumları və kolleqaları üzərində yoxlamalı olub. Yoluxanların hər biri simptomların 5-7 gün sonra aradan qalxdığını qeyd ediblər. Çaqanın əhəmiyyətli xüsusiyyətlərindən biri isə onun qanın axınını sürətləndirməsidir.

 

"Çaqa əsasında dərman preparatı əldə etmək üçün sonrakı tədqiqatlara ehtiyac var. Lakin, hər halda, təhlükəsiz cövhər və çaqadan hazırlanmış adi çayı profilaktik məqsədlərlə qəbul etmək olar. Bu bitki virusa yoluxma riskini azaltmaqla yanaşı, həm də onkoloji xəstəliklərlə yoluxmamaq üçün effektivdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib