Yoluxma sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik - Hande Harmancı
11.11.2020 11:28

Hazırda Azərbaycanda səhiyyə sistemi pandemiya ilə mübarizənin öhdəsindən gəlir, lakin rəqəmlər bu sürətlə artmağa davam edərsə, çətin vəziyyətlə üzləşə bilərik.

 

Aztibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, Azərbaycandakı hazırkı yoluxma göstəricisinin ölkə əhalisinin sayına görə yüksək olub-olmadığını müəyyənləşdirmək üçün yoluxma hallarının sayında artımın davamlılığı müəyyən müddət müşahidə edilməli və bununla bağlı dəqiq hesablamalar aparılmalıdır.

 

H.Harmancı əlavə edib ki, ölkə əhalisinin sayına görə yoluxma və ölüm halları hazırda Gürcüstan, Qazaxıstan və İsrail kimi ölkələrlə müqayisədə daha azdır.

 

ÜST rəsmisi qeyd edib ki, bir xəstəliyin ölkəyə mənfi təsir dərəcəsi virusdan və səhiyyə sisteminin artan tələbatı hansı dərəcədə ödəməsindən asılıdır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır