Soyuq havalarda belə qidalanın - Mütəxəssis məsləhəti
10.11.2020 21:04

Qış fəslində orqanizm qızınmaq üçün çox enerji sərf edir. Ən çox da bayırda orqanizmin istiyə ehtiyac duyduğu anlarda enerji sərfiyyatı çoxalır. Lazım olan enerjini əldə eləmək üçün isə orqanizm lazım olduğu qədər qida qəbul etməlidir. Bu enerjini isə insan müxtəlif qidalardan almalıdır. Dənli və paxlalı bitkilər, meyvə və tərəvəzlər, süd və ət məhsulları orqanizmin enerjiyə olan təlabatını ödəyir. 

 

Aztibb.az xəbər verir ki, soyuq qış aylarında mütəxəssislər karbohidrat qəbulunu azaltmağı və yatmazdan 4 saat əvvəl axşam yeməyini yeməyi məsləhət görür. Çünki qidanın çox qəbulu və soyuq havalarda az hərəkətlilik maddələr mübadiləsinin sürətini azaldır. Bu zaman qəbul edilən qidalar orqanizmdə piy toxumasına çevrilir.

 

Dietoloqlar qış aylarında aşağıdakı qida rasionuna əməl eləməyi məsləhət bilir.


* Səhər yeməyi.

 

Taxıl bitkilərindən hazırlanmış sıyıq. Bu sıyıq orqanizmə enerji verir və bədəni isti saxlayır. Sıyığa 1 çay qaşığı bal atıb yemək isə sizin immunitetinizi qaldıracaq və özünüzü xoşbəxt hiss edəcəksiniz.


* Günorta yeməyi.

 

Günorta istədiyiniz yeməyi yedikdən sonra banan və ya xurma qəbul edin. Banan və xurma serotonin hormonunu artırır. Bu da sizin əhval-ruhiyyənizin qalxmasına səbəb olacaq.

 

* Axşam yeməyi.

 

Axşam yeməyi zamanı istədiyinizi yeyə bilərsiniz, amma dietoloqlar şam süfrəsində 3 müxtəlif rəngli tərəvəzin olmasını məsləhət bilirlər. Yəni axşam süfrəsində pomidor, xiyar və sarı bolqar bibərinin olması məsləhətli sayılır.

 

Dietoloqlar soyuq qış aylarında tünd şokolad yeməyi məsləhət bilirlər. Çünkişokoladın tərkibi antioksidantlarla zəngindir. Bu da beyin daxil olmaqla, bütün bədəni qış aylarında isti və gümrah saxlayır.

 

Dietoloqlar qış aylarında kalorili qida qəbul eləməkdən çəkinməməyinizi məsləhət bilir. Çünki ilin bu fəslində orqanizmin vitaminə daha çox ehtiyacı olur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir