Səhiyyə Nazirliyində “Malyariyaya son” təşkilatının rəhbərliyi ilə görüş olub
20.06.2024 15:56

Səhiyyə Nazirliyində “Malyariyaya son” (“Malaria No More”) təşkilatının idarəedici direktoru Kelli Uillis və baş direktoru Martin Edlundla görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb.

 

Onun sözlərinə görə, malyariya ilə mübarizədə uğur, həm də beynəlxalq tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub.

 

Nazir, həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

 

Azərbaycanda dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib.

 

Nazir Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün uğurlu bir platforma olduğunu qeyd edib. Eyni zamanda, sammitin iqlim sektorları üzrə mütəxəssislərin əməkdaşlığı üçün bir fürsət olduğu diqqətə çatdırılıb.

 

Öz növbəsində Kelli Uillis və Martin Edlund Azərbaycanın ölkədə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

 

“Malyariyaya son” təşkilatının rəhbərliyi, həmçinin ölkəmizi COP 29 kimi mötəbər tədbirin ev sahibliyinə seçilməsi münasibətilə təbrik ediblər. Onların sözlərinə görə, Azərbaycanın COP29-un ev sahibi olaraq səhiyyəni iqlim siyasətinin vacib hissəsi kimi irəli çəkmək və investisiya gündəliyini təşviq etmək imkanı var. Həmçinin, Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin əhəmiyyəti qeyd olunub.

 

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama