Yeni peyvəndə ümidlər Asiya bazarlarında müsbət əks-səda doğurub
10.11.2020 16:01

Bu gün Asiya – Pasifik regionunun əsas indeksləri Çin birjalarından başqa artım göstərib.

 

Regionun bazarlarında üstün olan müsbət ivqatın başlıca amili “BioNTech” şirkəti tərəfindən “Pfizer” ilə birgə koronavirusa qarşı hazırlanmış yeni peyvəndin sınaq zamanı 90 faizdən artıq səmərəli olduğunu göstərməsi barədə dünən verdiyi açıqlamadır. ABŞ-dakı seçkilərdə Co Baydenin qələbəsilə yanaşı, bu xəbərin də sərmayədarlara əlavə rəvac verdiyi bildirilir.

 

“Seçki ətrafındakı müəmmanın sona yetməsi diqqətin bazarın başlıca qaydalarına qayıtmasına şərait yaradıb və dərmana dair son xəbərlər də normal həyata daha əvvəl qayıdılacağından xəbər verir”, – deyə Londondakı “Principal Global İnvestors” mərkəzinin beynəlxalq sərmayələrlə bağlı baş eksperti Sima Şah bildirib.

 

Çində isə sentyabr ayındakı inflyasiyanın 0,8 faizlik gözləntilərə qarşı 0,5 faiz olduğuna dair xəbərlər sərmayə bazarına mənfi təsir göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub